Elmmetrik Profil
Ələddin Sultanov
Əsas
Tam Adı
Ələddin Osman oğlu Sultanov
Elmi dərəcə
Fəlsəfə üzrə fəlsəfə doktoru
Elmi ad
Təvəllüd
Ünvan
Telefon
Email
İş yeri
Müəssisə / Şöbə
Şəki Regional Elmi Mərkəzi / Tarix, arxeologiya və epiqrafika
Vəzifə
Elmi işçi
Əsas iş yeri
Bəli
İşləmə müddəti
1 Yanvar 2024 -
H/h
Tarix | Məqalə sayı | İstinad sayı | h index | i10 index |
---|---|---|---|---|
1 Dekabr 2024 | 6 | 2 | 1 | 0 |
1 Noyabr 2024 | 6 | 2 | 1 | 0 |
1 Oktyabr 2024 | 6 | 2 | 1 | 0 |
1 Sentyabr 2024 | 6 | 2 | 1 | 0 |
1 Avqust 2024 | 6 | 2 | 1 | 0 |
1 İyul 2024 | 6 | 2 | 1 | 0 |
1 İyun 2024 | 6 | 2 | 1 | 0 |
Content for WOS.
Content for TUBITAK.
İşin adı | Jurnalın adı, Nəşriyyat, cild, N | Müəlliflər | İstinad sayı | Nəşr tarixi | Abstrakt və oxşar məqalələr |
---|---|---|---|---|---|
Qurani-Kərimin ecazkarlığında “Səci” üslubunun yeri | Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi /Cild: 15 /N: 29 səh: 273-286 | Ələddin Sultanov | 1 | 2018 |
Qurani-kərim müsəlmanların nəzərində Məhəmməd Peyğəmbərin (s.ə.s) ən …
Qurani-kərim müsəlmanların nəzərində Məhəmməd Peyğəmbərin (s.ə.s) ən böyük möcüzəsi hesab edilir. Quranın ecazkarlıq cəhətlərindən birinin də, onun ədəbi ifadə tərzi və üslubu olduğu qeyd olunur. Bu ecazkarlığın ən gözəçarpan tərəfi isə ayə sonlarındakı həmqafiyəlik və ahəngdir ki, buna ədəbiyyatda “səci” üslubu deyilir. İslamdan əvvəlki dövrdə yaşamış kahinlərin də istifadə etdiyi bu üslub Həzrət peyğəmbərin dövründə ortaya çıxmış bəzi yalançı peyğəmbərlərin sözlərində də müşahidə olunmuşdur. Bu məqalədə əvvəlcə bu üslub haqqında geniş məlumat verilmiş, daha sonra isə Qurani-kərim və kahinlərin sözlərindəki səci üslubu müqayisə edilmişdir. Eyni zamanda Qurandakı səci üslubunun digərlərindən fərqli cəhətlərini ortaya çıxardılmağa çalışılmışdır.
Daha çox
Əlaqəli məqalələr(Google) |
İlk insanın yaradılması çərçivəsində Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın görüşlərinin müqayisəsi | Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi /Cild: 14 /N: 27 səh: 37-54 | Ələddin Sultanov | 1 | 2017 |
Qurani-Kərimin bir çox ayəsində Hz. Adəm və …
Qurani-Kərimin bir çox ayəsində Hz. Adəm və onun zövcəsinin yaradılması haqqında xəbər verilir. Ancaq təfsirçilər bu yaradılmanın mahiyyəti barəsində ixtilafa düşmüşlər. Klassik və müasir təfsirçilər arasında da bu mövzuda böyük fikir ayrılığı mövcuddur. Fəxrəddin Razi klassik təfsirçilərin görkəmli nümayəndələrindən biri hesab edildiyi kimi, son dövrün böyük təfsirçilərindən biri də Almalılı Həmdi Yazır sayılır. Bu səbəbdən məqaləmizdə Qurani-Kərimdə Hz. Adəmin xəlq edilməsindən bəhs edən ayələr çərçivəsində bu iki təfsirçinin fikirlərini müqayisə etməyə çalışdıq. Eyni zamanda bu iki təfsirçinin görüşlərinin Darwinin “Təkamül nəzəriyyəsi” ilə örtüşübörtüşmədiyiniaraşdırdıq. Raziyə görə Allah Adəmi heç bir mərhələdən keçirmədən birbaşa torpaqdan yaratmışdır. Lakin Almalılı Adəmin müəyyən təkamül mərhələlərindən keçərək yaradıldığını irəli sürmüşdür. Almalılının bu nəzəriyyəsi Təkamül nəzəriyyəsindən …
Daha çox
Əlaqəli məqalələr(Google) |
Mustafa Əfəndi Əl-Malaxinin Həyatı, Yaradıcılığı və Bədii Irsi | Akademik Tarih ve Düşünce Dergisi / Hakan YILMAZ /Cild: 9 /N: 3 səh: 626-647 | Aladdin Sultanov | 0 | 2022 |
Məlumdur ki, XIX əsrdə Azərbaycanın şimal-qərb bölgəsində …
Məlumdur ki, XIX əsrdə Azərbaycanın şimal-qərb bölgəsində insanların ictimai həyatında İslam dinininböyük rol oynamış, xüsusilə də Nəqşibəndiyyə təriqətinə mənsub din xadimləri və elm adamları bu bölgədə elm və tədris fəaliyyəti ilə məşğul olmuşlar. Beləşəxsiyyətlərdən biri də Qax rayonunun Aşağı Malax kəndində yaşamış Mustafa Əfəndi əl-Malaxidir. Onun qəbirüstü abidəsindəki məlumatlar da kimliyinə və həyatına qismən işıq tutur. Belə ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış olan əl-Malaxi Nəqşibəndiyyə təriqətinin müridi kimi öz əhatə dairəsində təlim və irşad fəaliyyəti ilə məşğul olmuşdur. Bölgədəki bir çox mədrəsələrdə təhsil alan əl-Malaxi yaşadığı ərazidə təlim-tərbiyə prosesində, eləcə də ictimai işlərdə mühüm rol oynamışdır. Eyni zamanda əlyazma kitabların köçürülməsində də səyləri olan əl-Malaxinin kitabxanasının bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. Həmin kitablar ilahiyyat, ədəbiyyat, fəlsəfə və s. elmlərə aiddir və əksəriyyəti ərəb dilindədir. Eyni zamanda məlum olur ki, əl-Malaxixəttatlıq/ katiblik fəaliyyəti ilə də məşğul olmuşdur. Digər tərəfdən bu məqalə XIX əsrin sonlarında şimal-qərb bölgəsi ilə hazırki Türkiyə respublikası arasında mövcud olmuş elmi və ictimai əlaqələrin hansı səviyyədə olduğuna da işıq tutur.
Daha çox
Əlaqəli məqalələr(Google) |
Qax rayonu Güllük kəndinin tarixi abidələri | Din Araşdırmaları Jurnalı /Cild: 4 /N: 6 səh: 199-213 | Akif Məmmədli, Ələddin Sultanov | 0 | 2021 |
Azərbaycanın şimal-qərb bölgəsi qədim tarixi, etnik zənginliyi …
Azərbaycanın şimal-qərb bölgəsi qədim tarixi, etnik zənginliyi və fərqli dinlərə məxsus abidələri ilə bir növ tolerantlıq nümunəsidir. Bölgənin əhəmiyyətli ərazilərindən biri də Qax rayonudur. Bu səbəbdən, məqaləmiz məhz Qax rayonunun Güllük kəndi ərazisində apardığımız etnoqrafik araşdırmalar və topladığımız çöl materialları əsasında qələmə alınmışdır. Keçən zaman və yeni dinlərin insanların həyatına daxil olması - məsələn, Xristianlıq və sonda İslam dini - özü ilə bir çox yeniliklər, müsbət dəyişikliklər də gətirmişdir. Ümumiyyətlə, Azərbaycanın şimal-qərb bölgəsində çoxsaylı Alban-xristian məbədlərinin və məscidlərin olması da bunu sübut edir. Güllük kəndi qədim tarixə malikdir və kəndin əhalisinin əsas hissəsini Azərbaycan türkləri, saxurlar və qaraçılar təşkil edir. Kəndin etnoqrafik xüsusiyyətləri və tarixi məqalədə öz əksini tapmışdır. Təhqiqatlar zamanı kənd əhalisini etnik xüsusiyyətləri və adət-ənənələri barəsində məlumatlar əldə olunmuşdur. Araşdırmaya cəlb edilən bölgədə İslamaqədərki dinlərlə bağlı ibadətgahlar arasında Alban xristian məbədləri üstünlük təşkil edir. Bu tarixi abidələr bəzən məlumatsızlıq üzündən, bəzən də məqsədli şəkildə dağıdılmış və yaxud müəyyən dağıntılara məruz qalmışdır. İslamdanəvvəlki dövrə aid abidələrin araşdırılması zamanı Pəri qalası adlanan məbəd, bir sövmə və bir Alban məbədinin qalıqları incələnmişdir. Güllük kəndindəki İslam dininə aid abidələri tədqiq edərkən Cümə məscidinə, qəbiristanlıqlara, qədim tikililərə və daş kitabələrə baxış keçirilmişdir. Eyni zamanda, əldə olunan əlyazma kitablar tədqiq edilmiş və burada tarixən kimlərin dini fəaliyyətlə məşğul olduqları aydınlaşdırılmağa …
Daha çox
Əlaqəli məqalələr(Google) |
Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın təfsiri əsasında dağlarla əlaqəli ayələrə elmi yanaşma | Din Araşdırmaları Jurnalı /Cild: 3 /N: 4 səh: 69-79 | Ələddin Sultanov | 0 | 2020 |
Peyğəmbərlərin Allahdan vəhy alma məkanlarından biri sayılan …
Peyğəmbərlərin Allahdan vəhy alma məkanlarından biri sayılan dağlar səmavi dinlərdə mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. İslam dininin müqəddəs kitabı olan və həyatın bütün sahələrindən bəhs edən QuraniKərimdə də dağların yaradılışı və məqsədi haqqında müəyyən məlumatlar verilmişdir. Təfsirçilər bu yaradılış və onun funksiyası barəsində zamanzaman fərqli fikirlər səsləndirmişlər. Klassik və müasir təfsirçilər arasında bu mövzuda böyük fikir ayrılığı mövcuddur. Fəxrəddin Razi klassik təfsirçilərin görkəmli nümayəndələrindən biri hesab edildiyi kimi, son dövrün böyük təfsirçilərindən biri də Almalılı Həmdi Yazır sayılır. Bu səbəbdən məqaləmizdə dağlarla əlaqəli ayələr çərçivəsində bu iki təfsirçinin fikirlərini müqayisə etməyə çalışdıq. Eyni zamanda, bu iki təfsirçinin görüşlərinin müsbət elmin həqiqətlərinə uyğun olub-olmadığını araşdırdıq. Razinin fikrincə, ehtimal olunur ki, dağlar yer üzünə kənardan gətirilib qoyulmuşdur. Həmçinin dağların olması səbəbindən Yer kürəsi hərəkətsiz dayanmış və beləliklə, ora canlıların yaşaması üçün əlverişli vəziyyətə gəlmişdir. Almalılı isə bu iddianı qəbul etməmiş, dağların müəyyən təbii proses nəticəsində meydana gəldiyini bildirmiş, eyni zamanda, Quran ayələri ilə elm arasında hər hansı bir uyğunsuzluğun olmadığını göstərməyə çalışmışdır. Nəticə etibarilə, Qurani-Kərim ayələrini hər hansı bir dövrdə ortaya çıxan elmi nəzəriyyələrlə təfsir etmək bəzi hallarda təfsirçilərin xətalı fikirlər irəli sürməsinə gətirib çıxara bilər. Həmçinin bu növ təfsir metodunun Quranın ümumbəşəri mesajlarını müəyyən dövrə məxsus etmə təhlükəsi ilə üz-üzə qoyması da mümükündür.
Daha çox
Əlaqəli məqalələr(Google) |
Fəxrəddin Razinin təfsirində Yer kürəsi ilə bağlı ayələrə elmi yanaşma | Din Araşdırmaları Jurnalı /Cild: 1 /N: 1 səh: 161-170 | Ələddin Sultanov | 0 | 2018 |
Tarix boyu dünyanın necə yarandığı və quruluşu …
Tarix boyu dünyanın necə yarandığı və quruluşu barədə suallara cavab tapmağa çalışan insanlar, eyni zamanda, bununla bağlı dini mənbələrə də müraciət etmişlər. Digər ilahi kitablarda olduğu kimi, Qurani-Kərimdə də kainatın və Yer kürəsinin yaradılışı barədə müəyyən məlumatlar mövcuddur. Bir qisim İslam alimləri isə Qurandakı qısa məlumatlardan yola çıxaraq, dünyanın yaradılışı və xüsusiyyətləri barədə geniş şərhlər verməyə səy göstərmişlər. Məqaləmizdə bu alimlərdən biri olan Fəxrəddin Razinin yer üzü ilə bağlı ayələri necə təfsir etdiyini araşdırdıq. Eyni zamanda, Razinin həyatı və elmi yaradıcılığı haqqında qısa məlumat verdik. Dünyanın yaranması və xüsusiyyətləri ilə bağlı ayələri öz dövründə məqbul hesab edilən bəzi elmi nəzəriyyələrlə şərh etməyə çalışan Razi Quranın həmin nəzəriyyələrlə ziddiyyət təşkil etmədiyini və Quran ayələrinin elmi həqiqətlərə işarə etdiyini irəli sürmüşdür. Lakin onun yer üzü ilə bağlı müəyyən ayələrə gətirdiyi bəzi şərhlərin daha sonrakı dövrlərdə ortaya çıxan elmi həqiqətlərə zidd olduğu məlum olmuşdur. Bu da bizə elmi nəzəriyyələrlə Quranı təfsir etməyin gələcəkdə bu sahədə müəyyən problemlər yarada biləcəyini göstərir.
Daha çox
Əlaqəli məqalələr(Google) |
AMEA üzrə məqalələr |
---|
Ələddin Osman oğlu Sultanov (Şəki Regional Elmi Mərkəzi / Tarix, arxeologiya və epiqrafika) Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın təfsiri əsasında dağlarla əlaqəli ayələrə elmi yanaşma(11622) ['Ələddin Sultanov'] Peyğəmbərlərin Allahdan vəhy alma məkanlarından biri sayılan dağlar səmavi dinlərdə mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. İslam dininin müqəddəs kitabı olan və həyatın bütün sahələrindən bəhs edən QuraniKərimdə də dağların yaradılışı və məqsədi haqqında müəyyən məlumatlar verilmişdir. Təfsirçilər bu yaradılış və onun funksiyası barəsində zamanzaman fərqli fikirlər səsləndirmişlər. Klassik və müasir təfsirçilər arasında bu mövzuda böyük fikir ayrılığı mövcuddur. Fəxrəddin Razi klassik təfsirçilərin görkəmli nümayəndələrindən biri hesab edildiyi kimi, son dövrün böyük təfsirçilərindən biri də Almalılı Həmdi Yazır sayılır. Bu səbəbdən məqaləmizdə dağlarla əlaqəli ayələr çərçivəsində bu iki təfsirçinin fikirlərini müqayisə etməyə çalışdıq. Eyni zamanda, bu iki təfsirçinin görüşlərinin müsbət elmin həqiqətlərinə uyğun olub-olmadığını araşdırdıq. Razinin fikrincə, ehtimal olunur ki, dağlar yer üzünə kənardan gətirilib qoyulmuşdur. Həmçinin dağların olması səbəbindən Yer kürəsi hərəkətsiz dayanmış və beləliklə, ora canlıların yaşaması üçün əlverişli vəziyyətə gəlmişdir. Almalılı isə bu iddianı qəbul etməmiş, dağların müəyyən təbii proses nəticəsində meydana gəldiyini bildirmiş, eyni zamanda, Quran ayələri ilə elm arasında hər hansı bir uyğunsuzluğun olmadığını göstərməyə çalışmışdır. Nəticə etibarilə, Qurani-Kərim ayələrini hər hansı bir dövrdə ortaya çıxan elmi nəzəriyyələrlə təfsir etmək bəzi hallarda təfsirçilərin xətalı fikirlər irəli sürməsinə gətirib çıxara bilər. Həmçinin bu növ təfsir metodunun Quranın ümumbəşəri mesajlarını müəyyən dövrə məxsus etmə təhlükəsi ilə üz-üzə qoyması da mümükündür.
|
Ələddin Osman oğlu Sultanov (Şəki Regional Elmi Mərkəzi / Tarix, arxeologiya və epiqrafika) Fəxrəddin Razinin təfsirində Yer kürəsi ilə bağlı ayələrə elmi yanaşma(11623) ['Ələddin Sultanov'] Tarix boyu dünyanın necə yarandığı və quruluşu barədə suallara cavab tapmağa çalışan insanlar, eyni zamanda, bununla bağlı dini mənbələrə də müraciət etmişlər. Digər ilahi kitablarda olduğu kimi, Qurani-Kərimdə də kainatın və Yer kürəsinin yaradılışı barədə müəyyən məlumatlar mövcuddur. Bir qisim İslam alimləri isə Qurandakı qısa məlumatlardan yola çıxaraq, dünyanın yaradılışı və xüsusiyyətləri barədə geniş şərhlər verməyə səy göstərmişlər. Məqaləmizdə bu alimlərdən biri olan Fəxrəddin Razinin yer üzü ilə bağlı ayələri necə təfsir etdiyini araşdırdıq. Eyni zamanda, Razinin həyatı və elmi yaradıcılığı haqqında qısa məlumat verdik. Dünyanın yaranması və xüsusiyyətləri ilə bağlı ayələri öz dövründə məqbul hesab edilən bəzi elmi nəzəriyyələrlə şərh etməyə çalışan Razi Quranın həmin nəzəriyyələrlə ziddiyyət təşkil etmədiyini və Quran ayələrinin elmi həqiqətlərə işarə etdiyini irəli sürmüşdür. Lakin onun yer üzü ilə bağlı müəyyən ayələrə gətirdiyi bəzi şərhlərin daha sonrakı dövrlərdə ortaya çıxan elmi həqiqətlərə zidd olduğu məlum olmuşdur. Bu da bizə elmi nəzəriyyələrlə Quranı təfsir etməyin gələcəkdə bu sahədə müəyyən problemlər yarada biləcəyini göstərir.
|